• Vhstudio
aşağıya doğru

FƏALİYYƏT
SAHƏLƏRİ

FƏALİYYƏT SAHƏLƏRİ

• Zavod, fabrik və müxtəlif istehsal müəssələrinin tikintisi
• Xüsusi təyinatlı vacib dövlət obyektlərinin tikintisi
• Hərbi obyektlərin tikintisi
• Mobil rabitə şəbəkəsinin baza stansiyalarının tikintisi
• Məktəblərin, bağçaların və digər sosial təyinatlı obyektlərin tikintisi
• Ofislərin, villaların, otellərin və ticarət obyektlərinin tikintisi

İŞTİRAK OLUNAN LAYİHƏLƏR

1. Bir Cənub Qapısı Tikinti-Təmir. (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi).
2. Azər Xalça ASC-nin sifarişi ilə xalça Fabriki.

BİTMİŞ LAYİHƏLƏR

1. Caspian Vista Rezidente kompleks (hal-hazırda 2 bina 16 mərtəbəli təhvil verilib).
2. Bir çox özəl villa (Buzovna, Mərdəkanda və s.)
3. Azər Xalça ASC-nin sifarişi ilə Nardaran Xalça fabriki.

XİDMƏTLƏR

• MEMARLİQ İŞÇİ LAYİHƏLƏRİN HAZİRLANMASİ
• EKSTERYERİN VƏ İNTERYERİN DİZAYNI
• LANDŞAFT DİZAYNI
• TİKİNTİ VƏ TƏMİR İŞLƏRİ

XİDMƏTLƏR / MEMARLİQ İŞÇİ LAYİHƏLƏRİN HAZİRLANMASİ

Binaların və obyektlərinbilavasitə tikintisinə qədər memarlıq layihəsininin hazırlanması həyata keçirilməlidir. Lahiləndirmə xidmətinəmemarlıq, konstruktiv, texnologiya, mühəndislik həmçinin dizayn işləri də daxildir.

Bizim şirkətin kollektivi geniş təcrübəsi olan ixtisaslı peşəkarlardan ibarətdir – dizaynerlər, mühəndislər, hansılar ki, yüksək keyfiyyət və zəmanətlə obyektlərin layihələndirilməsini yerinə yetirirlər. Biz yaşayış, sənaye, turizm, əyləncə təyinatlı obyektlərin layihələrini, həmçinin ticarət, təhsil və səhiyyə üzrə olan layihələri hazırlayır, daha da inkişaf etdiririk. Həmçinin yaşayış massivlərinin və rayonların, az mərtəbəli binaların, çoxmərtəbəli avtodayanacaqların və s. məkanlarınkompleks planlaşdırması üzrə də xidmət göstəririk.

Bu işlər bir neçəmərhələdə həyata keçirilir.

I Mərhələ
Bu texniki tapşırığın hazırlanmasıdır. Burada sifarişçiylə ünsiyyət çox vacibdir. Layihə üzrə sifarişçinin tövsiyələri və tələbləri dinlənilir, nəticəyə görə obyektin ümumi memarlıq görünüşü tərtib edilir.

II Mərhələ
Layihənin eskiz planlaşdırması zamanı gələcək tikilinin yeri tədqiq olunur, konstruktiv və memarlıq layihəsi hazırlanır, bütün lazımlı sənədləşmə və obyektin kompüter modeli işlənir və tədqim edilir.

III Mərhələ
Bu mərhələ işçi sənədləşməsi də daxil olmaqla layihənin son hazırlanma mərhələsidir. Əldə olunan nəticələrlə sifarişçi öz seçimi ilə tikinti şirkətinə müraciət edə və dərhal binanın tikintisinə başlaya bilər. Biz Bakıda və Azərbaycanın digər regionlarında həmçinin ölkədən xaricdə bütün tikinti norma və qaydalarına riayət etməklə binaların və tikintilərin planlaşdırılmasını yerinə yetiririk.

XİDMƏTLƏR / EKSTERYERİN VƏ İNTERYERİN DİZAYNI

Bizim şirkətimiz artıq 15 ildən çoxdur ki, eksklüziv eksteryerlərin və interyerlərin yaradılmasında ixtisaslaşıb. Tərəfimizdən hazırlanan layihələr Azərbaycanda və xaricdə ictimai obyektləri, ofisləri, mənzilləri, bağ evlərini, restoranları, otellər, ticarət mərkəzlərini, teatrı, muzeyi və digər obyektləri əhatə edir.İnteryerinizin yaradılması üçün tam xidmətlər paketini təklif edirik. Buraya layihənin dizaynı olan ilkin konsepsiyasının işlənməsi və yaradılmasından başlayaraq obyektin tam təslim edilməsinə qədər bütün işlər daxildir.

İşlərin aparılması zamanı sifarişçi ilə sıx əlaqənin səbəbi, yekun layihənin onun gözləntilərinə maksimal dərəcədə uyğun olmasıdır. Dizayn-layihə yaradılması özündə aşağıdakıları ehtiva edir: Ümumi konsepsiyanın işlənib hazırlanması, layihənin (fotorealistik keyfiyyətin üçölçülü modelləşdirməsi) yenidən planlaşdırılması, inşaat-texniki sənədləşdirmə, eskiz layihəsi, müəlliflin nəzarət qrafiki, ilkin obyektin planları və spesifikasiyası, dizayn- eksteryer layihəsinin hazırlanması , fasadın dəyişikliyi, layihənin 3D dizaynı. Dizayn-layihənin ətraflı işlənməsi artıq layihələndirmə mərhələsində gələcək binanı görməyə imkan verir, geniş tikinti sənədləri isə planların həyata keçirilməsi prosesini maksimum sadələşdirir.

XİDMƏTLƏR / LANDŞAFT DİZAYNI

Landşaft dizaynı üzrə işlər hər şeydən əvvəl ona görə lazımdır ki, sizin bağ-park zonanız bitkilərin və infrastrukturun elementlərinin qarma-qarışıq yığınına çevrilməsin. "Yaşıl" zonada istirahət üçün müəyyən bir ab-hava yaradılmalıdır. Bunun üçün bizim şirkətimizin landşaft dizaynerləri bağın və parkın hər fraqmentini diqqətlə nəzərdən keçirdərək onu sifarişçinin arzularına uyğun olaraq yerləşdirir. Sahənin planlaşdırması və onun dekorativ tərtibatı, yerləşdirilmiş binaların memarlıq xüsusiyyətləriylə sıx bağlıdır.

Landşaft dizaynı üzrə mütəxəssislərimiz əvvəlcəərazinin abadlaşdırılması layihəsinin eskizlərini və çertyojlarınıhazırlayır daha sonra sifarişçiyə istirahət zonasına, girişə, uşaq və idman meydaçalarına bölünmüş hazır layihəni təqdim edirlər.

Bağın üslubunu isə yalnız abadlaşdırma başa çatdıqdan sonra seçmək olar. Lazımi ləvazimatların və bitkilərin, eləcə də seçilmiş kiçik memarlıq formaları siyahısını tərtib olunur. Biz landşaft dizaynı üzrə böyük təcrübəyə malikik.İşimizdə " Bakı şəhərinin yaşıllaşdırılması və mühafizəsi"nin ciddi tərəfdarıyıq.Şirkətimiz layihələrin icrasını da təşkil edir.

XİDMƏTLƏR / TİKİNTİ VƏ TƏMİR İŞLƏRİ

Obyektin təmirinə başlamazdan əvvəl, bu istər mənzil olsun istər, kottec və ya ofis, təmir işlərinin icraçılarıyla yaratmaq istədiyiniz ümumi stilli müəyyən etmək lazımdır. Təmir yalnız yerinə yetirilən estetik zahiri görünüş demək deyil, həm də görülən işlərin uzunömürlülüyü və keyfiyəti demekdir, bu dabirbaşa ixtisaslı peşəkarlardanasılıdır. Buna görə təmiri muzdlu işçilərə həvalə etməkdənsə ixtisaslaşmış ustalara müraciət etmək lazımdır.

Bizim şirkətimiz tikinti dekorasiyabazarında 15 ildir fəaliyyət göstərir və bu illər ərzində ofislərin, mənzillərin, kotteclərin və istənilən obyektlərin təmiri sahəsində böyük təcrübə əldə edib. Biz aşağıdakı təmir-dekor işlərini yerinə yetiririk: santexnika, elektromontaj, gips-kardonlar, suvaq və rəngsaz, döşəmə.

Dekor materiallarının, texnikaların, çıraqların, aksessuarların,mebelin istehsalı ilə məşğul olan aparıcı xarici və yerli şirkətlər ilə əməkdaşlıq bizə məkanın daxili dizaynı üçün uğurlu seçim etməyə şərait yaradır.Həmçinin yüksək ixtisaslı rəssamlar və ustalarımız, bizim eskizlərimiz üzrə istənilən dekorativ- rəssamlıq işlərini, döyməni, vitrajları, monumental rəsm və rəngsaz işlərini, pərdələrinin tikişini belə həyata keçirir.Bizim şirkətimiz artıq uzun illər müxtəlif sahələrdəbirinci dərəcəli ustalarla əməkdaşlıq edir. Onlar sizin evinizi tamamilə təkrarolunmaz, eksklüziv incəsənət əsərləriylə bəzəməyə kömək edəcəklər.

Layihəylə bağlı sualınız varsa ?

Bİzə yazın