Şİrkət
Haqqında
Haqqımızda
“Az‑Caspian Construction” MMC 2009-cu ildə təsis edilmiş və o vaxtdan etibarən Azərbaycanın aparıcı tikinti şirkətlərindən birinə çevrilmişdir. Fəaliyyətimizin əsasında dürüstlük, peşəkarlıq və yüksək keyfiyyət dayanır.
Şirkətimiz memarlıq, mühəndislik və inşaat sahəsində geniş xidmətlər göstərir. Layihələrimizə yaşayış binaları, ictimai obyektlər, sosial infrastrukturlar, sənaye tikililəri, məktəblər, bağçalar, məscid, mehmanxana və digər müxtəlif komplekslər daxildir. Hər bir layihədə funksionallıq, estetik görünüş və dayanıqlılıq əsas prioritetlərimizdəndir.
YARANMA TARİXİ
Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri uğurla icra etmişik. Hər layihə bizim üçün yeni bir məsuliyyət və dəyər daşıyır. Xüsusilə də, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və quruculuq prosesinə töhvə vermək bizim üçün peşəkar və mənəvi məsuliyyətdir. Qarabağda həyata keçirdiyimiz layihələr vasitəsilə bu prosesin bir parçası olmaqdan qürur duyuruq.
Az‑Caspian Construction MMC — bu, yalnız tikinti deyil, güvən, keyfiyyət və məsuliyyətin inşasıdır.
Mİssİyamız
Bizim əsas məqsədimiz — müasir, təhlükəsiz və insanların ehtiyaclarına cavab verən tikililər inşa etməkdir. Müştəri məmnuniyyəti və etibarı bizim üçün hər şeydən öndə gəlir.
Dəyərlərİmİz
Etibarlılıq: Hər bir sözümüzün və öhdəliyimizin arxasında dururuq.
• Peşəkarlıq: Layihələri beynəlxalq standartlara uyğun icra edirik.
• Yenilikçilik: Daim inkişaf edən texnologiya və metodlardan istifadə edirik.
• Müştəri yönümlülük: Sifarişçilərimizin vaxtına və hüquqlarına maksimum hörmətlə yanaşırıq.
Xİdmətlərİmİz
Layihələndirmə
• Mühəndislik və texniki həllər
• Tikinti-bərpa və yenidənqurma
• İnteryer, eksteryer və landşaft dizaynı
• Layihələrin idarə olunması və nəzarəti
• Metal-konstruksiya işləri